İtaliya millisində Rossi sevinci

İtaliya millisində Rossi sevinci
XƏBƏR 23 May 2014 / 19:24 2980
-  A +

İtaliya millisinin və "Fiorentina"nın futbolçusu Cüzeppe Rossi zədəsini tam sağaldıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, zədə səbəbindən dörd aydır yaşıl meydanlardan uzaqda qalan hücumçunun fiziki durumu da yaxşıdır.

İtaliya millisinin həkimi Enrik Kastelakki 27 yaşlı futbolçunun artıq matçlarda oynaya biləcəyini deyib.

Qeyd edək ki, Rossinin adı İtaliya yığmasının "DÇ-2014" üçün genişləndirilmiş heyətində yer alıb.


Son xəbərlər
topaz banner