Syomin: "Gizlətmirəm, təkliflər var"

Syomin: "Gizlətmirəm, təkliflər var"
XƏBƏR 23 May 2014 / 16:35 3439
-  A +

"Bu, bütün münasibətlərdə mənim üçün maraqlı bir il idi. Azərbaycanın aparıcı klubları ilə rəqabət apara biləcək və ölkəni beynəlxalq arenada təmsil etmək qalibiyyətinə malik komanda yaratmağa nail oldum".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubu ilə yollarını ayıran Yuri Syomin Rusiyanın "Sport-Express" qəzetinə açıqlamasında deyib.

67 yaşlı mütəxəssis artıq təkliflər aldığını da gizlətməyib: "İndi kiçik fasilə götürmək, istirahət etmək istəyirəm. Ötən mövsümü və təklifləri nəzərdən keçirəcəm. Gizlətmirəm, təkliflərim var. Azarkeşlərə və klub rəhbərliyinə təşəkkür edirəm. Bunlar unudulmaz təəssüratlar idi".


Qarabağ FK
Son xəbərlər
topaz banner