"Barselona"da yarımmüdafiə mövqeyinə beş namizəd

"Barselona"da yarımmüdafiə mövqeyinə beş namizəd
XƏBƏR 23 May 2014 / 13:00 3757
-  A +

"Barselona" yay transferi pəncərəsində heyətinə yarımmüdafiəçi cəlb etməyə hazırlaşır.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, klubun yeni baş məşqçisi Luis Enrikenin istəyi ilə bu mövqəyə namizəd futbolçular müəyyənləşib. Bunlar Pol Poqba, Arturo Vidal (hər ikisi "Yuventus"), Koke ("Atletiko" Madrid), Luis Qustavo ("Bavariya") və  Rafinyadır ("Selta").

Kataloniya təmsilçisinin yay transferi pəncərəsində həmin  futbolçulardan birini heyətinə qatacağı bildirilir.


Son xəbərlər