"Arsenal"ın hücumçusu "Borussiya" yolunda

"Arsenal"ın hücumçusu "Borussiya" yolunda
XƏBƏR 23 May 2014 / 01:38 2697
-  A +

Robert Levandovskini "Bavariya"ya satan "Borussiya" (Dortmund) klubu polşalı futbolçuya əvəzləyici tapıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi "Arsenal"ın forvardı Lukaş Podolskini transfer etməyi planlaşdırır.

Yaxın günlərdə "Borussiya" klubu "Arsenal"a rəsmi təklif göndərəcək. Son turlarda vurduğu qollarla diqqət çəkən polşa əsilli alman futbolçunun ölkəsinə qayıdıb-qayıtmayacağı hələlik məlum deyil. 28 yaşlı futbolçunun "Arsenal"da qalacağı da istisna olunmur.

Qeyd edək ki, Podolski 2012-ci ildə "Köln" klubundan "Arsenal"a transfer olunub.

Daha çox


Son xəbərlər