"Liverpul"un futbolçusu "Barselona" hədəfində

"Liverpul"un futbolçusu "Barselona" hədəfində
XƏBƏR 22 May 2014 / 17:51 4301
-  A +

"Liverpul"un müdafiəçisi Daniel Agger "Barselona" klubunun transfer hədəfinə düşüb.

Qol.Az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi danimarkalı futbolçu üçün "Liverpul"a müraciət edib.

"Barselona" rəhbərliyi Aggeri komandadan ayrılan Karles Puyolun əvəzləyicisi kimi görür. Daha öncə 4 il "Liverpul"da qalacağını söyləyən 29 yaşlı futbolçunun da "Barselona"nın təklifini müsbət qarşıladığı bildirilir. Lakin yeni mövsümdən Çempionlar Liqasında çıxış edəcək "mersisaydlılar" da Aggeri komandada saxlamaq niyyətindədir.  

Qeyd edək ki, Danimarka millisinin üzvü ilə İtaliyanın "Napoli" klubu da yaxından maraqlanır.


Son xəbərlər
topaz banner