Bekhem: "Giggzin qərarına təəccübləndim"

Bekhem: "Giggzin qərarına təəccübləndim"
XƏBƏR 22 May 2014 / 15:22 3060
-  A +

"Mançester Yunayted" klubunun sabiq futbolçusu Devid Bekhem Rayan Giggzin karyerasını başa vurmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan Bekhem Giggzin bu qərarına təəccübləndiyini deyib:

"Giggzin bu qərarına təəccübləndim. O, fiziki cəhətdən yaxşı formada olmasına baxmayaraq karyerasını başa vurdu. Artıq onu "Mançester Yunayted"də yeni vəzifə gözləyir. Giggzin məşqçilər korpusunda yer almasına sevindim. Futbolçuların və azarkeşlərin hörmət etdiyi bir şəxsin komandada olması çox önəmlidir. Ümid edirəm ki, Giggz bu işin öhdəsindən layiqincə gələcək".

Qeyd edək ki, bir neçə gün öncə karyerasını başa vuran Giggz komandanın baş məşqçisi Lui van Qalın köməkçisi vəzifəsində çalışacaq.


Son xəbərlər
topaz banner