Kurtua: "Çelsi"yə qayıtmaq istəmirəm"

Kurtua: "Çelsi"yə qayıtmaq istəmirəm"
XƏBƏR 21 May 2014 / 22:18 2992
-  A +

"Atletiko"nun futbolçusu Tibo Kurtua müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıtmağı düşünmür.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, belçikalı qolkiper London klubunda Peter Çex kimi qapıçının olduğu vaxtda "Çelsi"də oynamağın düzgün olmadığını deyib:

"Çelsi"yə dönsəm, birimizin Premyer Liqada, digərimizin isə Çempionlar Liqasında oynayacağı bildirilir. Ancaq ikimiz də bütün matçlarda qapını qorumaq istəyirik. Çexə böyük hörmətim var. O, dünyanın ən yaxşı qapıçılarından biridir. Bura da görə də onunla eyni komandada oynamağım mənim üçün yaxşı olmayacaq".

Daha çox


Son xəbərlər