"Qəbələ"nin daha bir komandası çempion oldu

"Qəbələ"nin daha bir komandası çempion oldu
XƏBƏR 21 May 2014 / 16:19 1705
-  A +

"Qəbələ"nin U-13 və U-15 kollektivlərinin ardından 16 yaşa qədər futbolçulardan ibarət komandası da 2013/2014 mövsümünün qalibi adını qazanıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatın son oyununda doğma meydançada "Sumqayıt"ı qəbul edən "qırmızı-qaralar" rəqibi darmadağınla yola salıblar.

Nurlan Quliyev (3), Amin Seydiyevin, Azər İsmayılov və Rövlan Muradovun qolları Zaur Hacıyevin komandasına 6:0-lıq qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 67-ə çatdıran "Qəbələ" çempionluğunu təmin edib.

Xatırladaq ki, sözügedən komanda U-13 (2010-2011) və U-15 (2012-2013) liqalarının qızıl, U-14 (2011-2012) liqasının isə gümüş medallarına sahib olmuşdu.

Daha çox


Son xəbərlər