"Mançester Siti"nin futbolçusu "Barselona"nın hədəfində

"Mançester Siti"nin futbolçusu "Barselona"nın hədəfində
XƏBƏR 21 May 2014 / 00:01 2879
-  A +

Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Barselona" klubu növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi "Mançester Siti"nin müdafiəçisi Vinsent Kompaniyə "elçi" düşüb.

"Barselona" klubunun nümayəndələri yaxın günlərdə bu transfer üçün Mançesterə gedəcəklər. Tərəflər arasında razılıq əldə olunarsa, belçikalı futbolçu yeni mövsümdən "Barselona"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, bu mövsüm 30 oyunda meydana çıxan 28 yaşlı futbolçu 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
topaz banner