Pike 2019-cu ilə qədər "Barselona"da

Pike 2019-cu ilə qədər "Barselona"da
XƏBƏR 20 May 2014 / 19:00 1701
-  A +

"Barselona" klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi Lionel Messinin ardından Xerard Pike ilə yeni müqavilə imzalayıb.

Yeni müqaviləyə əsasən 27 yaşlı futbolçu 2019-cu ilə qədər "Barselona"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Pike ötən mövsüm keçirdiyi 39 oyunda 4 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər