Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının sonuncu turunun oyunlarında baş verən pozuntulara hüquqi qiymət verilib.
AZAL – “İnter” matçının 87-ci dəqiqəsində “İnter” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Qarabağ” matçının 52 və 67-ci dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimələnib.
“Rəvan” – “Bakı” matçının 45+1-ci dəqiqəsində “Rəvan”nın məşqçisi Gündüz Hindal texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 1000 manat cərimə edilib.
“Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Simurq” – “Neftçi” matçının 45+1-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Yunuszadə aqressiv hərəkət etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyunun 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidova aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı kobud oynamadığı və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də İntizam Komitəsi Mirhüseyn Seyidova göstərilmiş qırmızı vərəqəni ləğv edib.
Hakimlər Komitəsinə tapşırılıb ki, matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu