"Barselona" və "Bavariya" Remzini istəyir

"Barselona" və "Bavariya" Remzini istəyir
XƏBƏR 19 May 2014 / 17:36 2645
-  A +

"Arsenal"ın yarımmüdafiəçisi Aron Remzi Avropanın iki nəhəng klubunun transfer hədəfinə düşüb.

Qol.Az-ın "Daily Star"a istinadən verdiyi məlumata görə, uesli futbolçu ilə "Barselona" və "Bavariya" klubları yaxından maraqlanır.

Hər iki komanda 23 yaşlı futbolçunun transferi üçün hərəkətə keçib. Lakin Remzi ilə bağlı edilən müraciətlər nəticəsiz qalıb. Gənc futbolçu gələcək karyerası haqda tələsik qərar vermək istəmədiyini bildirib.

Qeyd edək ki, Remzi 2008-ci ildən "Arsenal"ın şərəfini qoruyur.


Son xəbərlər
topaz banner