Zidan: "Ronaldo dahidir"

Zidan: "Ronaldo dahidir"
XƏBƏR 18 May 2014 / 17:33 3723
-  A +

"Real" (Madrid) klubunda köməkçi məşqçi işləyən Zinəddin Zidan komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "The Times" qəzetinə açıqlama verən veteran futbolçu portuqaliyalı oyunçu haqda xoş sözlər deyib:

"Hər gün Ronaldonun məşqini izləyirəm, Onun istedadı insanı valeh edir. Əminliklə onu dahi adlandırardım".

Fransız canlı əfsanə Messi və Ronaldonu müqayisə etmək istəməyib: "Real"ı təmsil etdiyim üçün bu haqda fikir bildirməyim düzgün olmaz. Messi də xüsusi bir istedada malikdir. Hərəsinin özünəməxsus üstün cəhətləri var. Futbolu sevən bir insan kimi hər ikisinin oyunundan zövq alıram".

   

Son xəbərlər
topaz banner