"Arsenal"ın hücumçusu "Atletiko"nun hədəfində

"Arsenal"ın hücumçusu "Atletiko"nun hədəfində
XƏBƏR 18 May 2014 / 00:01 2370
-  A +

"Atletiko" (Madrid) klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Dieqo Kostanın yerinə hücumçu axtarışlarını davam etdirir.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi bu dəfə "Arsenal"ın forvardı Olivye Jirunu transfer etməyi planlaşdırır.

"Atletiko" rəhbərliyi mövsüm sonunda fransız futbolçu ilə danışıqlara başlayacaq. Tərəflər arasında razılıq əldə olunarsa, Jiru yeni mövsümdən "Atletiko"nun şərəfini qoruyacaq.

Qeyd edək ki, "Atletiko" "Mançester Siti"nin hücumçusu Alvaro Neqredo ilə də yaxından maraqlanır.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu