"Qol imkanlarından faydalana bilmədik"

"Qol imkanlarından faydalana bilmədik"
XƏBƏR 17 May 2014 / 21:29 2050
-  A +

“Mövsümün son oyununda qalib gəlmək istəyirdik. Oyun ağır keçdi. Rəqib azlıqda qalsa da, gərgin mübarizə oldu".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının sonuncu turunda "Neftçi" ilə oyundan (0:0) sonra deyib.

O,  hər iki komandanın qol imkanları olduğunu söyləyib:

"Lakin imkanlardan faydalana bilmədik. Bu mövsüm bizimlə işləyən futbolçulara, azarkeşlərimizə təşəkKür edirəm”.

 


Son xəbərlər
topaz banner