Kurtar: "Oyunun taleyini hakimin qərarları dəyişdi"

Kurtar: "Oyunun taleyini hakimin qərarları dəyişdi"
XƏBƏR 17 May 2014 / 19:54 1807
-  A +

"Çox vacib oyuna çıxdıq, rəqibin kimliyindən asılı olmayaraq, mütləq qalib gəlməli idik. Təəssüf ki, ilk hissənin ortalarında qapımızdan qol buraxdıq".
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Rəvan" klubunun baş məşqçisi Güvənc Kurtar "Bakı" ilə oyundan sonra (2:3) keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis hakimin qərarlarının oyunun taleyini dəyişdiyini iddia edib: "Rəqib futbolçu bizim oyunçuya qarşı kobud oynadı, hakim birbaşa qırmızı vərəqə ilə cəzalandırmalı idi, lakin heç nə vermədi. Bundan sonra oyun barəsində heç nə danışmaq istəmirəm. Oyunun taleyini hakimin qərarları dəyişdi”.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu