Van Persi: "Dünya çempionatına tam hazıram"

Van Persi: "Dünya çempionatına tam hazıram"
XƏBƏR 17 May 2014 / 13:34 1518
-  A +

Hollandiya millisinin hücumçusu Robin van Persi qarşıdakı dünya çempionatı haqda danışıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu "The Guardian"a açıqlamasında dünya çempionatına tam hazır olduğunu bildirib:

"Mövsüm yeni başa çatsa da, heç bir yorğunluğum yoxdur. Dünya çempionatına tam hazıram. Hollandiya millisinin qarşıda yoldaşlıq görüşləri var. Bu oyunlarda qələbə qazanmaqla mundiala yüksək əhval-ruhiyyədə yollanmalıyıq. Cari mövsüm mənim üçün uğurlu alınmadı. Lakin dünya çempionatında bunu düzəltmək şansım olacaq".

Qeyd edək ki, Hollandiya millisi B qrupunda İspaniya, Çili və Avstraliya yığmaları ilə mübarizə aparacaq.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu