Falkao: "Finalda "Atletiko"ya azarkeşlik edəcəm"

Falkao: "Finalda "Atletiko"ya azarkeşlik edəcəm"
XƏBƏR 17 May 2014 / 11:27 1496
-  A +

"Monako" klubunun hücumçusu Radamel Falkao Çempionlar Liqasının finalında keçiriləcək "Real" (Madrid) - "Atletiko" (Madrid) oyunu haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan kolumbiyalı futbolçu həlledici görüşdə sabiq komandası "Atletiko"ya azarkeşlik edəcəyini bildirib:

"Finalda iki eyni gücdə olan komandalar üz-üzə gələcək. Bu, çox gözəl oyun olacaq. Təbii ki, mən sabiq komandam olan "Atletiko"ya azarkeşik edəcəm. Bu komandanı çox sevirəm, orada yaxşı günlərim olub. Ronaldo mənim üçün "Atletiko"nun nə demək olduğunu yaxşı bilir. Ancaq onunla final görüşü haqda danışmamışam".

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu mayın 24-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu