Mandzukiç "Borussiya" ilə matçda oynamayacaq

Mandzukiç "Borussiya" ilə matçda oynamayacaq
XƏBƏR 16 May 2014 / 22:21 1896
-  A +

"Bavariya" Almaniya kubokunda "Borussiya" (Dortmund) ilə final matçına ciddi itkiylə çıxacaq.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  Mario Mandzukiçin adı bu oyun üçün komandanın heyətində yer almayıb.

Klubun baş məşqçisi Pep Qvardiola  öz qərarı ilə xorvatiyalı hücumçunu heyətə daxil etmədiyini deyib:

"Mandzukiç bu həftənin birinci və ikinci günləri komandayla birgə məşqlərdə iştirak etmədi. Hazırda oynaya biləcək durumda olmasına baxmayaraq, onu heyətə özüm daxil etmədim".

Qeyd edək ki, M.Mandzukiçin cari mövsüm bitdikdən sonra "Çelsi"yə gedəcəyi iddia edilir. "Bild" qəzeti yazıb ki, P.Qvardiola artıq hücumçuya yeni komandasında uğurlar arzulayıb.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə