Xavi: "Puyol mənə həyat dərsi verdi"

Xavi: "Puyol mənə həyat dərsi verdi"
XƏBƏR 16 May 2014 / 18:03 2581
-  A +

"Barselona"nın futbolçusu Xavi Ernandes sabiq komanda yoldaşı Karles Puyol haqda xoş sözlər söyləyib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, komanda ilə vidalaşan Puyolu hər kəsə örnək ola biləcək bir futbolçu adlandırıb:

"Puyola fədakarlığı, cəsarəti və dürüstlüyü üçün nə qədər təşəkkür etsək azdır. O, indiyə qədər mənimlə bir komandada çıxış edən ən peşəkar futbolçudur. 2010/11-ci il mövsümündə Çempionlar Liqasını qazananda ona kuboku qaldırmağı dedim. Amma Puyol kuboku Abidalın qaldırmalı olduğunu bildirdi. O dövrdə Abidal xərçəng xəstəliyindən əziyyət çəkirdi. Həmin gün Puyol mənə  həyat dərsi verdi. Ona bildirmək istəyirəm ki, sən "Barselona" deməksən və klubun sənə ehtiyacı var.

Qeyd edək ki, Puyol 1999-2014 illər ərzində "Barselona"da  500 rəsmi matça çıxıb.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə