İbrahimoviç: "Çempionlar Liqasını mütləq qazanmalı deyiləm"

İbrahimoviç: "Çempionlar Liqasını mütləq qazanmalı deyiləm"
XƏBƏR 16 May 2014 / 15:28 1585
-  A +

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan isveçli forvard yaxşı futbolçu olması üçün Çempionlar Liqasını qazanmasına ehtiyacının olmadığını bildirib:

"Karyeram ərzində Çempionlar Liqasını qazana bilməmişəm. Təbii ki, bu kuboka sahib çıxmaq istərdim. Ancaq bu elə də asan deyil. Bu uğursuzluğa qarşı heç bir kompleksim yoxdur. Çünki yaxşı futbolçu olmağım üçün mütləq Çempionlar Liqasını qazanmalı deyiləm".

Qeyd edək ki, İbrahimoviç daha öncə verdiyi açıqlamasında karyerasında yeganə əksikliyinin Çempionlar Liqasının kuboku olduğunu bildirmişdi.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə