Pike 2018-ci ilə qədər "Barselona"da

Pike 2018-ci ilə qədər "Barselona"da
XƏBƏR 16 May 2014 / 14:19 1884
-  A +

"Barselona" klubunun müdafiəçisi Xerard Pike komandası ilə müqavilə yeniləyəcək.

Qol.Az-ın "İnside Spanish Football"a istinadən verdiyi məlumata görə, rəhbərliklə görüş keçirən 27 yaşlı futbolçu yeni müqavilənin şərtləri ilə razılaşıb. 

Yeni sözləşməyə görə, Pike 2018-ci ilə qədər "Barselona"nın şərəfini qoruyacaq. İspaniyalı futbolçunun qarşıdakı illərdə nə qədər qazanacağı haqda məlumat verilməyib. "Barselona" rəhbərliyi dünya çempionatına qədər Pike ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, cari mövsüm "Barselona"nın heyətində 25 oyun keçirən Pike cəmi bir dəfə rəqib qapısına yol tapıb.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə