Lukaku "Beşiktaş"ın təklifini rədd etdi

Lukaku "Beşiktaş"ın təklifini rədd etdi
XƏBƏR 16 May 2014 / 12:34 1725
-  A +

"Çelsi" klubunun hücumçusu Romelu Lukaku Türkiyədən təklif alıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, belçikalı futbolçu "Beşiktaş" klubunun transfer hədəfinə düşüb.

Lakin yalnız İngiltərə Premyer Liqasında oynamaq istədiyini açıqlayan Lukaku "Beşiktaş"ın təklifini rədd edib. Belədə İstanbul təmsilçisi bütün diqqətini "Lion"un hücumçusu Qomisə yönəldib.

Qeyd edək ki, müqavilə ilə "Çelsi"yə məxsus olan Lukaku cari mövsüm icarə əsasında "Everton"da oynayıb.


Son xəbərlər