Samir Nəsri Fransa millisindən gedir

Samir Nəsri Fransa millisindən gedir
XƏBƏR 16 May 2014 / 00:36 2877
-  A +

“Mançester Siti”nin futbolçusu Samir Nəsri Fransa yığmasına çağırılmadığı üçün milli komandanı buraxmaq qərarına gəlib.
 
Qol.Az-ın məlumatına görə, bu il Braziliyada keçiriləcək mundial üçün yığmaya dəvət almayan hücumçu bundan çox üzüldüyünü bildirib.

İngiltərə mətbuatına açıqlama verən 26 yaşlı futbolçu milli komanda karyerasını başa vura biləcəyini deyib: "Bu durumu qəbul etmək çox çətindir. Milli komandadan ayrılmağı düşünürəm".
 
Qeyd edək ki, Fransa millisinin baş məşqçisi Didye Deşamp artıq ikinci ildir ki, Nəsrini yığmaya dəvət etmir.

Xatırladaq ki, istedadlı hücumçu bu mövsüm "Mançester Siti" ilə İngiltərə çempionu olub.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu