Pirlo "Yuventus"la razılığa gəldi

Pirlo "Yuventus"la razılığa gəldi
XƏBƏR 15 May 2014 / 21:07 2236
-  A +

Andrea Pirlo "Yuventus"la müqaviləni yeniləmək barədə razılığa gəlib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 34 yaşlı yarımmüdafiəçinin özü açıqlamasında deyib:

"Klubla razılığa gəlmişəm. Bir neçə günə rəsmi müqavilə imzalayacam".

Qeyd edək ki, 2011-ci ildə "Milan"dan "Yuventus"a transfer olunan  Pirlonun cari mövsümün sonu müqaviləsi başa çatır.


Son xəbərlər
topaz banner