Georgi Nikolov ağır əməliyyat keçirdi

Georgi Nikolov ağır əməliyyat keçirdi
XƏBƏR 15 May 2014 / 19:54 2276
-  A +

Bakının "İnter” klubunun prezidenti Georgi Nikolovun bir müddət paytaxtımızdan kənarda qalmasının səbəbi məlum olub.

Klub rəhbərinin Sportnet.az-a verdiyi məlumata görə, o, səhhətindəki problemlərlə əlaqədar aprel-may aylarında Almaniyada olub.

Nikolov bu müddətdə ağır əməliyyat keçirdiyini bildirib. Bolqarıstanlı iş adamı bildirib ki, artıq özünü yaxşı hiss edir və əvvəlki qaydada fəaliyyətini davam etdirir. Komandasının son tur qarşılaşmasını canlı izləməyi planlaşdıran Nikolov gümüş medallarının təltifetmə mərasimində də iştirak edəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner