"Araz Naxçıvan" rəsmən Premyer Liqada

"Araz Naxçıvan" rəsmən Premyer Liqada
XƏBƏR 15 May 2014 / 16:18 3599
-  A +

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziyalaşdırma Komissiyası “Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klubların Lisenziyalaşdırılması üzrə qaydaları"nın 8-ci maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

 
1. Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Araz-Naxçıvan” PFK, "Bakı" FK, “Rəvan” FK, “Simurq” PİK, “Sumqayıt” FK.
 
2. Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

"Ağsu" FK, “Kəpəz” PFK, "Qaradağ Lökbatan" FK, “Neftçala” FK, “Şuşa” FK, “Turan-T” İK.
 
3. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
 
Qeyd: “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 14-cü maddəsinə müvafiq olaraq, 2014/2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.

Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner