"Bavariya" "Barselona"ya rəqib oldu

"Bavariya" "Barselona"ya rəqib oldu
XƏBƏR 15 May 2014 / 16:03 3101
-  A +

"Çelsi" klubunun müdafiəçisi David Luizə təkliflər gəlməkdə davam edir.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "Barselona"nın ardından "Bavariya" da braziliyalı futbolçunun xidmətində maraqlıdır.

Münhen təmsilçisi Luizin keçidi üçün "Çelsi"yə 25 milyon avro təklif edib. Lakin futbolçu gələcək karyerası ilə bağlı qərarını Braziliyada keçiriləcək dünya çempionatından sonra açıqlayacağını bildirib.

Qeyd edək ki, cari mövsüm "Çelsi"nin heyətində 27 oyuna çıxan David Luiz 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu