Əmrah Çəlikəl: "Bunlar şayiədir"

Əmrah Çəlikəl: "Bunlar şayiədir"
XƏBƏR 15 May 2014 / 12:03 3000
-  A +

Çempionlar Liqasına vəsiqə qazanan "Qarabağ"ın yaxın günlərdə ilk transferini həyata keçirəcəyi ilə bağlı xəbərlər yayılıb.

Qol.Az-ın məlumatına görə, Ağdam klubunun Portuqaliyanın "Maritimo" komandasında çıxış edən braziliaylı hücumçu Danilo Diası heyətinə qatacağı iddia edilir.

Ancaq "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl yayılan xəbərləri təkzib edib. Qol.Az saytına açıqlamasında o, deyilənləri şayiə adlandırıb: "Bizim belə fikrimiz yoxdur. Ola bilər ki, nə vaxtsa həmin hücumçu transfer planımıza daxil olub. Ancaq indi bu məsələ gündəmdə deyil. Baş məşqçimiz Qurban müəllim bu barədə bizə heç nə deməyib".

Klub rəsmisi transfer işlərinə mövsüm başa çatdıqdan sonra başlayacaqlarını deyib. O, komandadan göndəriləcək futbolçuların bəlli olmasına baxmayaraq, bu haqda qərarı son turun oyunundan sonra vercəklərini bildirib: "Mövsüm başa çatdıqdan sonra klubun idarə heyəti ilə birlikdə müzakirələr aparacağıq. Qurban müəllimin fikirlərini dinləyəcəyik. Ondan sonra məsələ aydın olacaq. Bu gün hansı futbolçuları, hansı mövqelərə tranferlər ediləcəyini müəyyən etməmişik. Göndəriləcək oyunçular haqda da mövsüm başa çatdıqdan sonra qərar veriləcək".

Son xəbərlər