"Mançester Siti"nin hücumçusu "Atletiko"nun hədəfində

"Mançester Siti"nin hücumçusu "Atletiko"nun hədəfində
XƏBƏR 15 May 2014 / 02:55 2668
-  A +

"Atletiko" (Madrid) klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Dieqo Kostaya əvəzləyici tapıb.

Qol.Az-ın Britaniya istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi "Mançester Siti"nin forvardı Alvaro Neqredonu transfer etməyi planlaşdırır.

"Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone 28 yaşlı futbolçunun xidmətində maraqlıdır. Neqredo ilə danışıqlar müsbət nəticələnərsə, ispaniyalı futbolçu yeni mövsümdən "Atletiko"nun şərəfini qoruyacaq.

Qeyd edək ki, Neqredo 2013-cü ildə "Sevilya" klubundan "Mançester Siti"yə transfer olub.


Son xəbərlər
topaz banner