Mirça Luçesku "Qalatasaray"ı çalışdıra bilər

Mirça Luçesku "Qalatasaray"ı çalışdıra bilər
XƏBƏR 15 May 2014 / 00:15 2092
-  A +

Rumıniyalı məşqçi Mirça Luçesku “Qalatasaray”ı çalışdıra bilər.

Lent.az-ın xəbərinə görə, bu haqda Ukraynanın “1plus1” kanalının şərhçisi Konstantin Andryuk xəbər verib.

K.Andryuk “Qalatasaray”ın hazırkı baş məşqçisi Roberto Mançininin böyük ehtimalla klubu tərk edəcəyini bildirib: “Mançini 99 faiz “Qalatasaray”ı tərk edəcək. İtaliyalı məşqçinin yerinə bir nömrəli namizəd isə Luçeskudur”.
 
Bildirilir ki, M.Luçesku “Şaxtyor”da qalıb-qalmayacağı Ukraynadakı siyasi məsələlərdən asılı olacaq.
 
Qeyd edək ki, Ukraynanın şərqində yerləşən Donetsk şəhəri iki gün əvvəl müstəqilliyini elan edib. M.Luçeskunun baş məşqçisi olduğu “Şaxtyor” bu il ard-arda 5-ci dəfə çempion olub.
 
M.Luçesku 2000-2002-ci illər aralığında “Qalatasaray”da çalışıb. 2000-ci ildə “Qalatasaray”la UEFA Super kubokunu qazanıb. 2002-ci ildə isə Türkiyə çempionu olub.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu