"Xəzər Lənkəran" - "Qarabağ" matçının Bakıda keçiriləcəyi rəsmiləşdi

"Xəzər Lənkəran" - "Qarabağ" matçının Bakıda keçiriləcəyi rəsmiləşdi
XƏBƏR 14 May 2014 / 17:16 2345
-  A +

Azərbaycan Premyer Liqasında mövsümün sonuncu turunun oyunu - "Xəzər Lənkəran" - "Qarabağ" matçının hər iki tərəfin qarşılıqlı razılığı əsasında Bakıda keçiriləcəyi rəsmiləşib.

Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respulika stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Azərbaycan Premyer Liqasının 34-cü turunda "İnter" üzərində 4:1 hesablı qələbə ilə çempionluğunu rəsmiləşdirən "Qarabağ" klubu üçün "Xəzər Lənkəran"la matç xüsusi önəm daşıyacaq. Bu oyundan sonra Ağdam təmsilçisinə çempionluq kuboku təqdim ediləcək.

Qeyd edək ki, "Qarabağ" sonuncu dəfə 21 il öncə ölkə çempionluğunu bayram etmişdi.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu