Marat İzmaylov "Rubin"in hədəfində

Marat İzmaylov "Rubin"in hədəfində
XƏBƏR 14 May 2014 / 13:14 2524
-  A +

"Qəbələ" klubunun yarımmüdafiəçisi Marat İzmaylov karyerasını vətənində davam etdirə bilər.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Rubin" (Kazan) klubu təcrübəli futbolçunun xidmətində maraqlıdır.

Müqavilə ilə Portuqaliyanın "Portu" klubuna məxsus olan İzmaylovun mövsümün sonunda "Qəbələ"dən ayrılacağı gözlənilir. Rusiyalı futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, İzmaylov qış transfer pəncərəsi dönəmində "Portu"dan "Qəbələ"yə icarəyə verilib. 


Son xəbərlər