Neymar: "Atletiko" ilə görüşdə oynamaq istəyirəm"

Neymar: "Atletiko" ilə görüşdə oynamaq istəyirəm"
XƏBƏR 14 May 2014 / 13:05 1963
-  A +

"Barselona"nın futbolçusu Neymar La Liqada Madrid "Atletiko"su ilə keçirəcəkləri matça hazır olduğunu deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçu bildirib ki, zədəsi tam sağalmaq üzrədir:

"Atletiko" ilə görüşdə oynamaq istəyirəm. Özümü yaxşı hiss edirəm. Müalicəm bitmək üzrədir. Matç gününə kimi tam hazır olacam"

Qeyd edək ki, Braziliya yığması Neymarın yenidən zədələnməsinin qarşısını almaq üçün "Barselona"dan futbolçunu bu matçda oynatmamasını istəmişdi.


Son xəbərlər