Skolari: "Yeganə məqsədimiz çempion olmaqdır"

Skolari: "Yeganə məqsədimiz çempion olmaqdır"
XƏBƏR 14 May 2014 / 11:18 1611
-  A +

Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Globo"ya danışan təcrübəli mütəxəssis komandasının qarşıdakı mundialda yalnız çempoionluğa oynayacağını bildirib:

"Braziliya millisinin bir məqsədi var ki, o da çempion olmaqdır. Üzərimizdə təzyiq hiss etmirik. Futbolçular sakitdirlər. Öz gücümüzü meydanda sübut etməliyik. Braziliyanın ən yaxşı komanda olması üçün əlimizdən gələni edəcəyik. Komandaya güvənirəm, çünki bu, mənim ilk mundialım deyil. Əvvəlki turnirlərlə müqayisədə, bu dəfə daha istəkliyik".

Qeyd edək ki, Braziliya yığması mundialın A qrupunda Xorvatiya, Meksika və Kamerun milliləri ilə mübarizə aparacaq.


Son xəbərlər