Hummels "Mançester Yunayted"in təklifindən imtina etdi

Hummels "Mançester Yunayted"in təklifindən imtina etdi
XƏBƏR 13 May 2014 / 15:35 1776
-  A +

"Mançester Yunayted"dən ayrılmaq qərarı verən Rio Ferdinanda əvəzləyici tapılıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi "Borussiya" (Dortmund) klubunun müdafiəçisi Mats Hummelsi transfer etməyi planlaşdırır.

Artıq "qırmızı şeytanlar" 25 yaşlı futbolçunun transferi üçün "Borussiya"ya rəsmi təklif göndərib. Lakin almaniyalı futbolçu Dortmund klubunda qalmaq istədiyini bildirərək təklifi rədd edib.

Qeyd edək ki, Hummelslə "Barselona" və "Yuventus" klubları da yaxından maraqlanır.


Son xəbərlər