Simeone: "Barselona" ilə matçda ondan çox şey gözləyirəm"

Simeone: "Barselona" ilə matçda ondan çox şey gözləyirəm"
XƏBƏR 13 May 2014 / 15:02 3741
-  A +

"Malaqa" ilə görüşü buraxan "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta La Liqada çempionun müəyyənləşəcəyi "Barselona" ilə matçda meydanda olacaq. 

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone də bu oyunda Kostaya güvənəcəyini bildirib.

Argentinalı mütəxəssis sözügedən oyunda Kostaya çox ehtiyaclarının olduğunu deyib: "Kosta bu oyun üçün hazırlaşır. Ondan "Barselona" ilə matçda çox şey gözləyirəm. Kostaya güvənirəm".

Qeyd edək ki, "Barselona" - "Atletiko" oyunu mayın 19-da, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Son xəbərlər