“Son oyunlarda bəxtimiz gətirmir, bu gün də elə oldu. Matçda Orxan Lalayev zədələndi, bizim üçün çox ciddi itkidir. Zədəli futbolçularımızın sayı çoxdur. İkinci hissənin sonlarına yaxın bir neçə qol imkanı əldə etdik. Sürətli futbolçuya ehtyacımız var idi. Oke Akpoveta olsa idi, mütləq qələbə qazana bilərdik. İkinci hissənin ilk 15-20 dəqiqəsində “Neftçi” üstün oynadı, bir neçə qol imkanı əldə etdi. Bizim də qol vurmaq üçün imkanlarımız oldu. Ayaz qapıçını keçsə də, boş qapıya qolu vura bilmədi. Künc zərbəsindən sonra qapımızdan qol buraxdıq".
Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Güvenc Kurtar Azərbaycan Premyer Liqasının 35-ci turunda "Neftçi" ilə oyundan (1:2) sonra deyib.
“Neftçi”ni təbrik edirəm. Mübarizəmiz son turda da davam edəcək. “Bakı”nı səfərdə məğlub etmişdik. Bu dəfə öz meydanımızda qarşılaşacağıq" - deyə o bildirib.
Türk mütəxəssis zədəli futbolçuların çoxluğundan şikayətlənib:
"Heyətimizdə zədəli futbolçuların olması məni narahat edir. Qapıçımız da bu gün zədələndi. 14-15 futbolçumuz var, 11 nəfər tapsaq, növbəti matça çıxa bilərik. Kubok oyunlarına üstünlük vermişdik. Futbolda bir oyunçu çox şeyi dəyişə bilər. Heyətdə itkilərin olması oyunumuza təsir edir".
G.Kurar həmçinin hakim Orxan Məmmədovun qərarlarından narazı qalıb:
"Hakimliyin səviyyəsini bəyənmədim. Bütün mübarizələrdə bizim əleyhimizə qərar verdi, bir neçə epizodda rəqibə sarı vərəqə göstərmədi”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi