Julian Drakslerdən "Arsenal" açıqlaması

Julian Drakslerdən "Arsenal" açıqlaması
XƏBƏR 12 May 2014 / 17:00 1864
-  A +

"Şalke" klubunun futbolçusu Julian Draksler yeni mövsümdən "Arsenal"da çıxış edəcəyi ilə baölı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan Draksler "Şalke"dən ayrılmaq niyyətində olmadığını deyib:

"Mövsümün sonunda haqqımda belə xəbərlərin yayılacağına şübhəm yox idi. Ancaq mənim "Şalke"dən ayrılmaq niyyətim yoxdur. Yeni mövsümdə də "Şalke"də oynayacağım üçün çox şadam".

Qeyd edək ki, komandasıyla 2018-ci ilə qədər sözləşməsi olan 20 yaşlı futbolçunun yeni mövsümdən "Arsenal"da çıxış edəcəyi iddia olunur.

 

Daha çox


Son xəbərlər