"Malaqa"nın baş məşqçisi ilə yolları ayrılır

"Malaqa"nın baş məşqçisi ilə yolları ayrılır
XƏBƏR 12 May 2014 / 15:53 1800
-  A +

Bern Şuster cari mövsüm başa çatdıqdan sonra "Malaqa"dan ayrılacağını açıqlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, alman çalışdırıcı öz ölkəsindən təklif aldığını söyləyib.

Onun "Ayntraxt"la (Frankfurt) müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, bu mövsümün əvvəlində "Malaqa" ilə 5 illik müqavilə imzalayan Şusterin sözləşməsində komandanın La Liqada ilk 10-a girməyəcəyi təqdirdə klubdan ayrıla biləcəyi ilə bağlı maddə var.

Əlavə edək ki, "Malaqa" La Liqada 13-cü pillədədir.


Son xəbərlər
topaz banner