Mayın 17-də Ukraynanın Dnepropetrovsk vilayətindən Bakı şəhərinə yeni təyyarə reysi açılacaq.
Bu haqda Qol-Az-a Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev məlumat verib.
“Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı mürüciətinə əsasən açılan Dnepropetrovsk - Bakı, Bakı - Dnepropetrovsk təyyarə reysini “Dniproavia” şirkəti həyata keçirəcək” – deyə o bildirib.
Qüdrət Hacıyevin sözlərinə görə, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də Şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş –gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.
“Dniproavia” şirkətindən bildirilib ki, Dnepropetrovsk –Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını may ayının 17-dən başlayaraq hər həftənin şənbə günü həyata keçirəcək. Biletlərin qiyməti də sərnişinlərin istəyinə uyğundur. Belə ki, Kiyevdən Bakiya ikitərəfli uçuşun qiyməti 6 min qrinva (373 manat) olduğu təqdirdə Dnepropetrovski-Bakı, Bakı-Dnepropetrovsk reysinin qiyməti 4 min (248 manat) qrivna təşkil edəcək. “Dniproavia” kompaniyası əlavə olaraq 12 yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərə 25 faiz güzəştli biletlət satacaq.
Şirkət sərnişinlərin tələbinə uyğun olaraq, iyun ayından etibarən reysin sayını həftədə 2 dəfəyə qaldırmağı da nəzərdə tutub. Gələcəkdə Xarkov-Bakı təyyarə reysinin açılması da “Dniproavia” kompaniyasının planına daxildir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi