Eşli Koul milli karyerasını başa vurdu

Eşli Koul milli karyerasını başa vurdu
XƏBƏR 12 May 2014 / 11:34 1832
-  A +

"Çelsi"nin və İngiltərə yığmasının müdafiəçisi Eşli Koul millidəki futbolçu karyerasını başa vurub.

Qol.Az-ın məlumatına görə, bu barədə oyunçunun özü "Tvitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bildirib ki, komandanın baş məşqçisi Roy Hodson yığmanı gəncləşdirmək istədiyi üçün o, millidən ayrılmağa qərar verib: "Bundan sonra İngiltərə yığmasını bir azarkeş kimi dəstəkləyəcəm".

Qeyd edək ki, Koul millinin "DÇ-2014" üçün ilkin heyətində yer almamışdı.


Son xəbərlər