"Milan" baş məşqçini dəyişir

"Milan" baş məşqçini dəyişir
XƏBƏR 10 May 2014 / 22:26 3517
-  A +

"Zenit"in keçmiş baş məşqçisi  Luçano Spalettinin yeni iş yeri böyük ehtimalla "Milan" olacaq.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi təcrübəli mütəxəssislə razılığa gəlib.

Komandanın hazırkı çalışdırıcısı Klarens Zeedorfla yolları ayırmağı planlaşdıran klub onu L.Spaletti ilə əvəzləyəcək.

Qeyd edək ki, "Milan" A seriyasında 54 xalla səkkizinci pillədədir.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır