Arda Turanı "Fənərbaxça"nın həkimi sağaldıb

Arda Turanı "Fənərbaxça"nın həkimi sağaldıb
XƏBƏR 10 May 2014 / 11:27 2373
-  A +

"Atletiko"nun futbolçusu Arda Turanın zədəsini "Fənərbaxça"nın həkiminin sağaltdığı ortaya çıxıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə ilk matçda zədələnmiş və bir müddət yaşıl meydanlarda uzaqda qalmışdı.

Həmin vaxt Ardanın müalicə olunmaq üçün "Fənərbaxça"nın həkimi Burak Kunduracıoğlunun yanına gedib. "Fənər" rəhbərliyini razılığa ilə orada müalicə alan futbolçu sağalaraq ÇL-də "Çelsi" ilə matçda iştirak edib.

Daha çox


Son xəbərlər
topaz banner