Mourinyo: "Lempardın heykəlini qoya bilərlər"

Mourinyo: "Lempardın heykəlini qoya bilərlər"
XƏBƏR 9 May 2014 / 19:54 2865
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo futbolçusu Frank Lempard haqda müsbət fikirlər səsləndirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli oyunçunun hazırda xəstə olduğunu deyən portuqaliyalı çalışdırıcı onu London klubu tarixinin əfsanəvi oyunçularından biri hesab edib:

"Lempard "Kardiff"lə matçda oynamaya bilər. Ancaq o, "Çelsi" tarixinin əfsanəvi futbolçularından biridir. Bəlkə də bir neçə il sonra onun da heykəlini qoyarlar".

Qeyd edək ki, cari mövsüm başa çatdıqdan sonra müqaviləsi bitəcək Lempardın İngiltərə klubundan ayrılacağı gözlənilir.

Daha çox


Son xəbərlər
topaz banner