İbrahimoviç: "Avropada uğur qazanmaq istəyirəm"

İbrahimoviç: "Avropada uğur qazanmaq istəyirəm"
XƏBƏR 9 May 2014 / 16:28 1644
-  A +

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç ardıcıl ikinci dəfə Fransa çempionu olması haqda danışıb.

Qol.Az-ın məlumatına görə, isveçli forvard "Le10Sport"a açıqlamasında artıq Avropada uğur qazanmaq istədiyini bildirib:

"Ardıcıl ikinci dəfə Fransa çempionu olmaq əla hissdir. Lakin artıq Avropada uğur qazanmaq istəyirəm. Əsas məqsədimiz budur. Qarşıda məni istirahət gözləyir. Sakitcə qarşıdakı dünya çempionatının oyunlarını izləyəcəm"

Qeyd edək ki, Fransa Liqasında "Renn"ə 1:2 hesabı ilə məğlub olan PSJ sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

 

Daha çox


Son xəbərlər
topaz banner