"Əsas komandada qol hesabımı açdığıma görə çox sevinirəm. Bunun tarixi oyunda – avrokuboklara vəsiqə qazandığımız matçda olması mənim üçün ikiqat sevindiricidir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin gənc futbolçusu Müşfiq Teymurov klubun rəsmi saytına açıqlamasında deyib.
M.Teymurov "Bakı" ilə Premyer Liqa oyununda qələbəyə və qol hesabını açdığına görə sevincli olduğunu, qarşıda onları ciddi sınaqların gözlədiyini deyib:
"Mənə ən vacib oyunlarımızın birində fərqlənmək nəsib oldu. Həm klub rəhbərliyi, həm də komanda bizi avrokuboklara çıxaran bu qələbəni çoxdan gözləyirdi. İnşallah, Avropa Liqasında da öz sözümüzü deyəcəyik. Bu turnirdə bütün Azərbaycanı təmsil edəcəyimizdən, layiqli çıxış etməyə çalışacağıq. Avrokuboklara qədərsə daha bir ciddi sınağımız - Azərbaycan kubokunun final matçı var. Əgər mənə şans verilərsə, “Neftçi” ilə həmin oyunda da qol vurmağa çalışacağam. Məqsədimiz mövsümü ölkə kubokunun qalibi kimi başa vurmaq, “Qəbələ”yə ilk titul qazandırmaqdır".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən "Qəbələ" - "Bakı" (3:1) matçı "qırmızı-qaralar"ın azarkeşləri ilə yanaşı futbolçu Müşfiq Teymurov üçün də sevindirici və yaddaqalan olub. Komandasının heyətində 15-ci matçına çıxan "Qəbələ" Futbol Akademiyasının yetirməsi məhz sözügedən qarşılaşmada - "qırmızı-qaralar"ın tarixində ilk dəfə Avropaya vəsiqə qazandığı görüşdə qol hesabını açıb. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada “Qəbələ” üçün qol vuran ən gənc futbolçu olub.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi