Pedro: "Çempion olmaq şansımız..."

Pedro: "Çempion olmaq şansımız..."
XƏBƏR 9 May 2014 / 10:53 2682
-  A +

"Barselona"nın futbolçusu Pedro Kataloniya klubunun La Liqadakı çempionluq şanslarını dəyərləndirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, çempion olmaq ehtimallarının 50 faiz olduğunu deyib:

"Atletiko" hazırda liderdir, ancaq onlarla sonuncu turda öz meydanımızda oynayacağıq. Çempion ola bilməsək, bu, bizim üçün qəbuledilməz bir durum olacaq.  Əvvəlcə "Elçe"ni məğlub edib, sonra isə "Atletiko"ya qalib gəlməliyik. Əlimizdəki şansdan istifadə etməliyik".


Qeyd edək ki, "Barsa" lider "Atletiko"dan üç xal geri qalır.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə