"Çelsi" Oskarı Luka Modriçlə dəyişə bilər

"Çelsi" Oskarı Luka Modriçlə dəyişə bilər
XƏBƏR 9 May 2014 / 00:09 2278
-  A +

"Çelsi" klubu mövsümün sonunda Madrid "Real"ı ilə futbolçu dəyişikliyi etməyi planlaşdırır.

Qol.Az-ın "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo sabiq futbolçusu Luka Modriçi komandasında görmək istəyir.

Bu məqsədlə portuqaliyalı mütəxəssis hazırkı futbolçusu Oskarı qarşı tərəfə verməyə hazırdır. Tərəflər arasında razılıq əldə olunarsa, Modriç yeni mövsümdən "Çelsi"də, Oskar isə "Real" çıxış edəcək.

Qeyd edək ki, Modriç 2012-ci ildə "Tottenhem"dən "Real"a transfer olunub.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə