Ronaldonun son durumu

Ronaldonun son durumu
XƏBƏR 8 May 2014 / 21:40 4324
-  A +

Dünən La Liqada "Valyadolid"lə matçın 9-cu dəqiqəsində zədələnərək oyunu tərk etmək məcburiyyətində qalan "Real"ın futbolçusu Kriştiano Ronaldonun son durumu bəlli olub.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün tibbi müayinədən keçən portuqaliyalı hücumçunun zədəsi ciddi deyil. Əzələsində bir az ağrı hiss edən Ronaldo risk etməmək üçün oyun zamanı əvəzlənmək istəyib.

Qeyd edək ki, "Valyadolid" - "Real" matçı 1:1 hesabı ilə başa çatıb.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə